Çin İsrail-Həmas müharibəsində hansı məqsədlər güdür?backend

Çin İsrail-Həmas müharibəsində hansı məqsədlər güdür?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsraillə HƏMAS arasında münaqişənin kəskinləşməsi fonunda gözlənilmədən Çin sülh vasitəçisi rolunu oynayır. Ancaq nəyə nail olmaq istədiyi isə hələ məchuldur.

Editor.az “BBC”yə istinadən xəbər verir ki, Çinin baş diplomatı Vanq Yi daha böyük regional müharibə qorxusu fonunda həftə sonu Vaşinqtonda rəsmilərlə münaqişəni müzakirə edib. ABŞ Çinlə birgə həll yolu tapmağa çalışacağına dair söz verib.

Çinin Yaxın Şərq üzrə xüsusi elçisi Zhai Jun ərəb liderləri ilə görüşmək üçün bölgəyə səfər etdikdən sonra cənab Vanq İsrail və Fələstinli həmkarları ilə də danışıb. O, həmçinin BMT-nin iclaslarında atəşkəsin ən səs-küylü tərəfdarlarından biri olub.

Nəşr yazır ki, Çin İranın ən böyük ticarət tərəfdaşıdır. Tehran Qəzzadakı vəziyyətin həlli ilə bağlı Çin ilə əlaqəni gücləndirməyə hazır olduğunu bildirir.

//Mehin Vəliyeva, Editor.az