Çin liderindən orduya “müharibəyə hazır olun” əmribackend

Çin liderindən orduya “müharibəyə hazır olun” əmri

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çin prezidenti Si Cinpin silahlı qüvvələrdə gələcək islahatların planlaşdırılmasını vurğulayaraq orduya diqqəti döyüş hazırlığına yönəltməyə tapşırıb.

Editor.az xarici mediaya istinadla xəbər verir ki, Çin Müdafiə Nazirliyindən verilən açıqlamada Çin Kommunist Partiyasının (ÇKP) Mərkəzi Hərbi Komitəsinin (CMC) sədri olan Çin Xalq Respublikasının sədri Si Cinpin Çində keçirilən seminarda hərbi siyasətlə bağlı  qiymətləndirmələrini çatdırıb. O, bildirib ki, 10 il ərzində Çinin milli müdafiəsi və silahlı qüvvələrin inkişafı sahəsində uzun müddətdir mövcud olan sistemli maneələr, struktur uyğunsuzluqları və siyasət problemləri həll olunub. Milli müdafiə və silahlı qüvvələrdə islahatlar nəticəsində əldə edilmiş “uğurlu təcrübədən” daha yaxşı istifadə etməyə çağıran Xi, “islahatlar vasitəsilə silahlı qüvvələri gücləndirmək üçün səylər göstərdiyini” bildirdi. Si keçmiş islahatlarda uğurlu təcrübələrin ciddi şəkildə ümumiləşdirilməsini və tətbiqini, yeni vəziyyətlərin və vəzifələrin başa düşülməsini, diqqəti müharibəyə hazır olmağa yönəltməyi tələb etdi.

Si vurğulayıb ki, komitə misli görünməmiş qətiyyət və səylə islahatlar yolu ilə silahlı qüvvələrin gücləndirilməsi strategiyasını tam şəkildə həyata keçirib. Digər tərəfdən, Çin lideri 2026-cı ildə yüz illik yubileyini qeyd edəcək Xalq Azadlıq Ordusunu müəyyən edilmiş məqsədə çatmaq üçün islahatların həyata keçirilməsi və gələcək islahatların planlaşdırılmasını gücləndirmək üçün qabaqcıl və yenilikçi səylər göstərməyə çağırıb.

//Gülnarə Abasova, Editor.az