Çin martın 15-dən etibarən xarici vətəndaşlara bütün növ vizaların verilməsini davam etdirəcəkbackend

Çin martın 15-dən etibarən xarici vətəndaşlara bütün növ vizaların verilməsini davam etdirəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çin Xalq Respublikasının Xarici İşlər Nazirliyinin Konsulluq İşləri Departamenti Pekinin martın 15-dən etibarən xarici vətəndaşlar üçün bütün viza kateqoriyalarının işlənməsini və verilməsini davam etdirəcəyini təsdiqləyib.

Editor.az bu barədə TASS idarənin WeChat sosial şəbəkəsindəki bəyanatına istinadən xəbər verir.

Martın 15-dən 28 mart 2020-ci ilə qədər verilmiş və müddəti bitməmiş vizaların funksiyası bərpa ediləcək. Rusiya Federasiyasının vətəndaşlarına Çinə səfər etmək üçün viza lazımdır. Honq-Konqa, Makaoya və bəzi digər hallarda qısamüddətli səfərlər üçün viza tələb olunmur.

Daha əvvəl bildirilmişdi ki , immiqrant milyonerlərin sayına görə Sinqapur , Dubay və Mayami liderlik edir .

//Gülnarə Abasova, Editor.az