İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Pekində Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan Əl Səud ilə görüşüb.
Editor.az bildirir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb. Çin paytaxtına səfərdən əvvəl iki ölkə xarici işlər nazirliklərinin rəhbərləri Tehran və Ər-Riyad arasında diplomatik münasibətlərin bərpası və bir sıra digər razılaşmaları müzakirə etmək üçün bir neçə dəfə zəngləşiblər.
Bundan əvvəl Səudiyyə Ərəbistanından xəbər verilib ki, hər iki dövlətin xarici işlər nazirləri münasibətlərin bərpasına dair razılaşmanın intensivləşdirilməsi məqsədilə yaxın vaxtlarda görüşəcəklər. Qeyd olunub ki, Ər-Riyad və Tehran arasında razılığın əldə olunmasında Çin əsas rol oynadığı üçün görüş də Pekində keçiriləcək.
//Samir Qurbanov,Editor.az

