Çin NATO-nun ayrı-ayrı ölkələr üçün hegemonluq alətinə çevrilməsini istəmir və alyansın Soyuq Müharibə zehniyyətindən əl çəkməsini istəyir.
Editor.az xəbər verir ki, müvafiq bəyanat Çinin Avropa İttifaqındakı nümayəndəliyinin saytında dərc olunub. “NATO-nu yolunu azmamağa, müdafiə təşkilatı mövqeyini qoruyub saxlamağa və bəzi böyük dövlətlərin hegemonluq alətinə çevrilməməyə çağırırıq”,-deyə bəyanatda bildirilir. Diplomatlar Çinin sülh yolu ilə qlobal inkişafın və beynəlxalq asayişin qorunmasının tərəfdarı olduğunu bəyan edərək, NATO-dan “Çin təhlükəsi”ndən danışmağı, münaqişələri qızışdırmağı dayandırmağı, əvəzində dünyada sabitliyi təmin etmək üçün tədbirlər görməyi tələb ediblər.
//Gülnarə Abasova, Editor.az

