Çin nümayəndə heyətindən şok qərar – Zelenskinin çıxışı başlayan kimi…backend

Çin nümayəndə heyətindən şok qərar – Zelenskinin çıxışı başlayan kimi…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Prezidenti Vladimir Zelenskinin Asiya Təhlükəsizlik Sammitində çıxışı zamanı Çin nümayəndə heyəti zalı tərk edib.

Bu barədə “Asiya” Araşdırmaları Mərkəzinin baş siyasi analitiki Oliviya Enos məlumat verib.

Sammit Sinqapurda keçirilir, iyunun 12-dək davam edəcək.

Zelenski onlayn formatda sammitdə çıxış edib.

Çin Rusiyanın Ukraynaya qarşı müharibəsində “neytral” mövqe tutduğunu açıqlayıb. Aprelin 30-da Ukrayna Çinə ölkənin təhlükəsizliyinin təminatçılarından biri olmağı təklif edib.

İyunun 10-da ABŞ Çini Rusiyaya heç bir maddi dəstək verməməyə çağırıb.

Teleqraf.com