Cenevrədəki danışıqlardan sonra ABŞ prezidenti Donald Tramp Çinin öz bazarını Amerika mallarına açmağa razı olduğunu bildirib.
O, bu barədə Səudiyyə Ərəbistanında keçirilən investisiya forumunda danışıb. “Biz Çinlə danışıqlarda sıçrayış əldə etdik – böyük bir şey. Çin öz bazarını ABŞ-a açmağa razılıq verdi. Təfərrüatları razılaşdırmaq qalır” – Tramp bildirib.
Qeyd edək ki, mayın 11-də Cenevrədə ABŞ və Çin arasında ticarət danışıqları yekunlaşıb. Nəticədə Vaşinqton və Pekin ticarət kəsirini azaltmaq üçün razılığa gəliblər.
//Samir Qurbanov, Editor.az