Çin paradından sonra Avropanın təhlükəsizliyi dəyişəcəkbackend

Çin paradından sonra Avropanın təhlükəsizliyi dəyişəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya prezidenti Vladimir Putinin Çində keçirilən tədbirlərdə iştirakı Qərbə açıq mesaj oldu.

Editor.az xəbər verir ki, CNN yazır ki, Kreml başçısı Ukraynaya və Avropadakı müttəfiqlərinə göstərmək istədi: Moskva müharibəni davam etdirmək imkanına sahibdir, çünki onun güclü tərəfdaşları var.

Putin Çində Çin lideri Si Cinpin, Hindistanın baş naziri Narendra Modi, İran prezidenti Məsud Pezeşkiyan və Şimali Koreya lideri Kim Çen In ilə birgə səhnədə göründü.

Materialda qeyd olunur ki, Rusiyanın Ukrayna ilə müharibəni davam etdirməsi Çinin və Hindistanın maliyyə dəstəyi, İranın silahları, həmçinin müəyyən mənada Şimali Koreyadan gələn işçi qüvvəsi hesabına mümkündür.

CNN vurğulayır ki, həm sammit, həm də Çin tərəfindən təşkil edilən hərbi parad Ukrayna müharibəsindən daha geniş mesajlar verdi və Avropanın təhlükəsizlik mühitinin artıq əvvəlki kimi olmayacağını göstərdi.

//Samir Qurbanov, Editor.az