Rusiya prezidenti Vladimir Putinin Rusiyanın nüvə silahlarını hazır vəziyyətə salmaq qərarından sonra Çin onu təmkinli olmağa çağırıb.
Editor.az xəbər verir ki, bu barədə “European Truth” məlumat yayıb.
Çin Xarici İşlər Nazirliyinin sözçüsü Vanq Venbin Pekində jurnalistlərin Putinin nüvə silahını xüsusi qeyd etməsə də, təhdid kimi qəbul edilən bəyanatı ilə bağlı sualına cavabında deyib ki, bütün tərəflər sakit, təmkinli olmalı və daha da gərginliyə yol verməməlidir.
Çin sözçüsü bildirib ki, Çin hərbi qarşıdurmanı aradan qaldırmaq və dinc siyasi həll yolu tapmaq üçün bütün səyləri dəstəkləyir.
Əlavə suallara cavab verən sözçü vurğulayıb ki, Çin və Rusiya strateji tərəfdaşdırlar, lakin müttəfiq deyillər. Çin hər bir halda öz mövqeyini və siyasətini müəyyən edir.
//Gülnarə Abasova, Editor.az

