Çin dövlətlərarası münasibətlərə xüsusi yanaşması sayəsində Rusiya və Ukrayna arasında yaxşı vasitəçi ola bilər.
Editor.az bildirir ki, bu fikri Humanitar Dialoq Mərkəzinin icraçı direktoru Devid Harland deyib. Ekspert vurğulayıb ki, Pekin Qərb ölkələrindən fərqli olaraq hamını özünə oxşatmağa çalışmır. “Düşünürəm ki, Çin əla vasitəçi olacaq”, – deyə Harland vurğulayıb.
Onun sözlərinə görə, Çin ölkələrin qarşılıqlı maraqlarına əsaslanan yanaşmaya sadiqdir və bu yanaşma hazırda mövcud olan “çox qeyri-sabit beynəlxalq sistem”ə daha çox uyğun gəlir.
//Samir Qurbanov, Editor.az

