Çin Rusiya kömürünün əvəzedicisini tapıbbackend

Çin Rusiya kömürünün əvəzedicisini tapıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsi fonunda Çin öz kömür hasilatını artırdığını və rəsmi Moskvadan enerji asılılığını azaltmaq üçün Avstraliya ilə münasibətləri bərpa etdiyini açıqlayıb.

Editor.az “Reuters”a istinadla xəbər verir ki, Rusiya kömürünün ixracı logistik problemlərlə bağlı çətinləşir və Avstraliya Rusiyanı kömür bazarından çıxara bilir.
Hesabata görə, 2023-cü ilin əvvəlində üç kommunal və bir polad şirkəti Avstraliya kömürünü sifariş etmək hüququ qazanıb. Bazar iştirakçıları digər şirkətlərin yaxın aylarda rəsmiləşdirmə əldə edəcəyini gözləyirlər.

Digər tərəfdən, vaxtında çatdırılma ilə bağlı problemə görə Cənubi Koreya və Yaponiya Rusiya şirkətləri ilə müqavilələrdən imtina etməyə başlayıblar.

Qeyd edək ki, 8 aprel 2022-ci ildə Avropa İttifaqı kömür embarqosunu ehtiva edən beşinci sanksiya paketini təsdiqləyib.2022-ci ilin avqust ayından etibarən kömür və digər bərk qalıq yanacaq növlərinin Rusiyadan ixrac edildiyi halda Aİ-də alınması, idxalı və ya daşınması qadağan edilib.

//Gülnarə Abasova, Editor.az