Pentaqon bioloji təhlükələrə qarşı müdafiə vəziyyəti haqqında hesabat hazırlayıb.
Editor.az bildrir ki, hesabatda “Çin, Rusiya, Şimali Koreya və İranın ölümcül toksinlər və patogenlər yaratmağa davam etdiyi və “həm sintetik biologiya, həm də peptid sintezi sahəsində irəliləyişlərin bu dövlətlərə geniş çeşiddə yeni toksinlər hazırlamağa imkan verə biləcəyi” qeyd edilir.
“İctimai sağlamlıqla bağlı dezinformasiya bütün COVID-19 pandemiyası zamanı özünü büruzə verib və Rusiyanın 2022-ci ildə Ukraynada hərbi əməliyyatlara başlamasından bəri davam edir”. Pentaqon onu da qeyd edir ki, Rusiya sovet biosilah proqramlarının davam etdirilməsini tam etiraf etməyib, onların məhdudlaşdırılmasına dair sübut təqdim etməyib və həmçinin ikili təyinatlı bioloji tədqiqatları gizlətməyə çalışır.
//Samir Qurbanov, Editor.az