Çin Rusiya və Hindistan ərazilərini öz xəritəsinə əlavə etdibackend

Çin Rusiya və Hindistan ərazilərini öz xəritəsinə əlavə etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çinin Dövlət Xəritəçəkmə Xidməti 2023-cü il üçün Bolşoy Ussuriyski adasını ölkənin ən şərq hissəsi kimi qeyd edən yeni xəritələr toplusunu dərc edib.

Editor.az bildirir ki, bu barədə “Press Trust of India” xəbər verib. Nəşrə görə, 2008-ci il müqaviləsinə əsasən, ada Rusiya və Çin arasında bölünüb.

Böyük Ussuriyski adasının şərq hissəsi təxminən 400 nəfər əhalisi olan Ussuriyski kəndinin yerləşdiyi Xabarovsk şəhərinin hüdudlarına daxildir. Xəritə xidmətinin izahatında göstərilir ki, xəritə “Çin və dünyanın digər ölkələrinin sərhədlərinin dizaynı üzrə milli standartlar”a uyğun tərtib edilib. Xəritələr dəsti xəbərlərdə, kitablarda və reklam materiallarında istifadə üçün nəzərdə tutulub.

Açıqlanan xəritəyə görə, Çinə Hindistanın Arunaçal-Pradeş əyaləti və sərhəd bölgəsi Aksai Çin də daxildir. Hindistanın Xarici İşlər Nazirliyi bununla bağlı Çin tərəfinə etiraz edib.

 //Samir Qurbanov, Editor.az