Çin Rusiya və Ukrayna arasında dialoq imkanlarının yaxşılaşdığını açıqlayıbbackend

Çin Rusiya və Ukrayna arasında dialoq imkanlarının yaxşılaşdığını açıqlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kiyev üçün çətin vəziyyətdə olan Rusiya danışıqlara hazır olduğunu bəyan etdiyindən, Çinin Ukraynadakı silahlı münaqişənin siyasi həllinə yardım göstərmək şərtləri getdikcə daha əlverişli hala gəlir.

Editor.az bu barədə Çinin “Global Times” qəzetinə istinadla yazır. Belə ki, nəşr Çin hökumətinin Avrasiya məsələləri üzrə xüsusi nümayəndəsi Li Huinin Rusiya Xarici İşlər Nazirliyinin rəhbərinin müavini Mixail Qaluzinlə Moskvada keçirdiyi görüşə münasibət bildirib. Çin-Şanxay Əməkdaşlıq Təşkilatı Təlim Mərkəzinin analitiki Cui Heng qeyd edib ki, Ukrayna münaqişəsi təkcə bu ölkəni deyil, Rusiyanı da öz gücündən məhrum edib, Avropa İttifaqı və ABŞ-ı yorub. Onun fikrincə, bu, Ukrayna böhranının həlli üçün dinc danışıqlar və vasitəçilik səyləri üçün daha çox imkanlar yaradır.

Cui Henqin fikrincə, Çin indiki vəziyyətdə mübahisənin siyasi yolla həllinin asanlaşdırılmasında həlledici rol oynaya bilər. Ekspert onu da bildirib ki, yaz aylarında hava şəraiti genişmiqyaslı hərbi əməliyyatların keçirilməsinə mane olub, ona görə də yaxın aylarda döyüş meydanında ciddi dəyişikliklər gözləmək lazım deyil.

//Gülnarə Abasova, Editor.az