ÇİN Rusiya və Ukraynaya çağırış etdibackend

ÇİN Rusiya və Ukraynaya çağırış etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çinin BMT-dəki daimi nümayəndəsinin müavini Qenq Şuanq Kiyev və Moskvanı hərbi münaqişəyə tez bir zamanda son qoymaq üçün tez bir zamanda dialoqu bərpa etməyə çağırıb.

BMT Təhlükəsizlik Şurasının iclasında çıxışı zamanı o vurğulayıb ki, Pekin öz növbəsində münaqişənin bütün tərəfləri ilə qarşılıqlı əlaqəni davam etdirəcək: “Çin münaqişə tərəflərini dialoqu və qarşılıqlı əlaqəni dərhal bərpa etməyə və gərginliyi birgə azaltmağa çağırır.

Biz həmçinin beynəlxalq ictimaiyyəti hərbi əməliyyatların tezliklə dayandırılması üçün şərait yaratmağa çağırırıq”, – deyə Çinin daimi nümayəndəsinin müavini bildirib. Qenq Şuanq ayrıca qeyd edib ki, Çin Ukraynada hərbi əməliyyatların dayandırılması məsələsində “obyektiv və qərəzsiz mövqe” tutmağa və bütün maraqlı tərəflərlə əlaqə saxlamağa davam edəcək.

O, vurğulayıb ki, tarix münaqişələrə son qoymağın çoxlu nümunələri təqdim edir, lakin sonda onlar həmişə yalnız danışıqlar yolu ilə həll olunur.

//Samir Qurbanov, Editor.az