Çin prezidenti Si Tszinpin Rusiya prezidenti Vladimir Putinin Ukraynaya qarşı bütövlükdə müharibədəki uğursuzluğundan narahatdır.
Editor.az xəbər verir ki, bunu CBC News-a müsahibəsində ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börns deyib. Börns bildirib ki, Si hadisələri digər xarici liderlərdən daha çox izləyir və rusların uğursuzluqlarına təəccüblənib.
Onun üçün söhbət təkcə ABŞ-dan getmir, həm də Avropanın Rusiyaya daha çox iqtisadi ziyan vurmaq üçün iqtisadi xərcləri öz üzərinə götürməyə hazır olmasından gedir. “Düşünürəm ki, bütün bunlar Si Tszinpini müəyyən dərəcədə oyadıb”, – deyə CIA direktoru sözlərini yekunlaşdırıb.
//Gülnarə Abasova, Editor.az