Çin Rusiyanın Ukraynaya qarşı apardığı müharibədə Rusiyanın yanındır – ABŞ-ın Çindəki səfiribackend

Çin Rusiyanın Ukraynaya qarşı apardığı müharibədə Rusiyanın yanındır – ABŞ-ın Çindəki səfiri

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın Çindəki səfiri Nikolas Börns iyunun 26-da Şanxaydakı maliyyə mərkəzində çıxışı zamanı bildirib ki, Çin Rusiyanın Ukraynaya qarşı apardığı işğalçılıq müharibəsində neytral deyil.

Editor.az bildirir ki, bu barədə “Sky News” xəbər verir. Börns bildirib ki, neytrallıq iddialarına baxmayaraq, Çin Moskvanı bir sıra texnologiyalarla təmin edib, eyni zamanda münaqişə boyu Rusiya ilə güclü ticarət əlaqələrini qoruyub. Səfir qeyd edib ki, Rusiyanın işğalı Avropada “ekzistensial böhrana” səbəb olub.

Onun sözlərinə görə, Qərb Çin şirkətlərinin Rusiyaya partlayıcı maddələrin istehsalında istifadə olunan nitroselülozun bir çox texnoloji komponentlərini göndərməsini və bununla da Rusiya Federasiyasının müdafiə-sənaye bazasının möhkəmləndirilməsini böyük səhv hesab edir.

//Samir Qurbanov, Editor.az