Çin Rusiyapərəst mövqeyini dəyişir: ABŞ-dan qorxduğuna görəbackend

Çin Rusiyapərəst mövqeyini dəyişir: ABŞ-dan qorxduğuna görə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın Rusiyaya yardım edən qurumlara ikinci dərəcəli sanksiyalar tətbiq edəcəyinə söz verdikdən sonra Çinin dövlət bankları Rusiya müştərilərinin maliyyələşdirilməsinə məhdudiyyətləri gücləndirir.

Editor.az xəbər verir ki, bu barədə “Bloomberg” vəziyyətlə tanış olan mənbələrə istinadən məlumat yayıb. Məlumata görə, ən azı iki bank bu yaxınlarda Rusiya biznesinə yenidən baxılması barədə göstəriş verib, xüsusən də diqqət transsərhəd əməliyyatlara yönəlib.

Qeyd olunur ki, Çin bankları sanksiyalar siyahısında olan müştərilərlə əlaqələri kəsəcək və valyutasından və əməliyyatların yerindən asılı olmayaraq Rusiya hərbi sektoruna hər hansı maliyyə xidmətləri göstərməyi dayandıracaq.

Çinli kreditorlar müştərilərə lazımi diqqəti artırırlar. Müəssisələrinin, səlahiyyətli benefisiarlarının və son benefisiarlarının Rusiyada qeydiyyatda olub-olmadığını yoxlayırlar. Mənbələrə görə, Rusiyada bizneslə məşğul olan və ya üçüncü ölkələr vasitəsilə kritik mallar tədarük edən qeyri-rusiyalı müştərilər də yoxlanılacaq.

//Samir Qurbanov, Editor.az