Çin Rusiyaya silah satır?backend

Çin Rusiyaya silah satır?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Jian bildirib ki, Pekin Rusiya-Ukrayna münaqişəsində heç vaxt heç bir tərəfə silah tədarük etməyib və ikili təyinatlı malların ixracına ciddi nəzarət edir.

O, Ukraynanın Çinin Rusiyaya barıt və artilleriya göndərməsi ilə bağlı iddialarını belə şərh edib. “Çin əsassız ittihamlara və siyasi manipulyasiyaya qəti şəkildə qarşı çıxır. Çin həmişə fəal şəkildə müharibənin dayandırılması, atəşkəs və sülh və danışıqların təşviqi üçün təbliğat aparıb”, – Lin Jian brifinqdə deyib.

Qeyd edək ki, Ukrayna prezidenti Vladimir Zelenski dünən Çinin Rusiyaya silah tədarük etdiyini açıqlayıb. O, SBU və Ukrayna kəşfiyyatının məlumatlarına istinad edib. Bununla belə, Zelenski heç bir təfərrüat verməyib.

//Samir Qurbanov, Editor.az