Çin Rusiyaya silah tədarükünü ABŞ-ın Tayvana hərbi dəstəyi ilə eyniləşdirirbackend

Çin Rusiyaya silah tədarükünü ABŞ-ın Tayvana hərbi dəstəyi ilə eyniləşdirir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çinin xarici işlər naziri Qin Qanq Pekinin Rusiyanın Ukraynadakı müharibəsinə gələcək hərbi dəstəyini ABŞ-ın Tayvan adasına silah satışı ilə eyniləşdirib.

Editor.az xəbər verir ki, bu barədə CNN və Reuters yazır.

“Niyə ABŞ Tayvana silah satmaqda davam edərkən Çindən Rusiyaya silah verməməyi xahiş edir?”,- Qin Ganq mətbuat konfransı zamanı belə bir sualla çıxış edib.Çinin xarici işlər naziri ABŞ-ın yüksək rütbəli rəsmilərinin “Çin xalqının işi” adlandırdığı Tayvan məsələsinə müdaxiləsini “absurd” adlandırıb.

Çin diplomatı həmçinin Tayvana nəzarəti ələ keçirmək üçün güc tətbiqini istisna etməkdən imtina edərək Pekinin uzunmüddətli mövqeyini təsdiqləyib. O, qeyd edib ki, onlar bundan sonra da səmimi şəkildə çalışacaq və sülh yolu ilə birləşməyə nail olmaq üçün hər cür səy göstərəcəklər.

Çin rəsmisi Rusiya-Ukrayna müharibəsi ilə bağlı danışarkən Çinin prosesdə böhran yaratmadığını diqqətə çəkib:

“Çin həmişə öz mühakiməsini verir və məsələnin mahiyyətinə uyğun olaraq bu mövqeyi müstəqil şəkildə qərar verir. Biz müharibə ilə sülh arasında sülhü, sanksiyalar və dialoq arasında dialoqu seçdik; alovun alovlanması ilə reytinqin aşağı salınması arasında ikincini seçdik. Rusiyaya silah tədarükü ilə bağlı Çinə qarşı iddialar, sanksiyalar və təhdidlər barədə söhbətlər “tamamilə qəbuledilməzdir”.

//Gülnarə Abasova, Editor.az