Çin lideri: Rusiya ilə bizim münasibətlərimiz möhkəm təməllərə malikdirbackend

Çin lideri: Rusiya ilə bizim münasibətlərimiz möhkəm təməllərə malikdir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çinə səfər edən Rusiyanın baş naziri Mixail Mişustinlə görüşən Çin lideri Si Cinpin Moskva ilə Pekin arasındakı əlaqələrin çox möhkəm təmələ malik olduğunu vurğulayıb.

Editor.az bu barədə xarici mətbuata istinadla xəbər verir.

Mişustinlə görüşündə Si bu ilin sonuna qədər Rusiya ilə Çin arasında ikitərəfli ticarət həcminin 200 milyard dollara çatdırılması vəzifəsinin vaxtından əvvəl yerinə yetirildiyinə diqqət çəkərək, bu rəqəmin artıq 218,28 milyard dollara çatdığını qeyd edib.

“Biz qarşılıqlı fəaliyyət üçün güclü zəmin yaratmışıq, onun miqyası və keyfiyyəti artır, risklərə tab gətirmək qabiliyyətimiz güclənir. Bu, iki ölkə arasında stresə davamlılığı və qarşılıqlı faydalı əməkdaşlıq üçün geniş perspektivləri tam təsdiqləyir.
, – Çin lideri bildirib.

İclasda çıxış edən Rusiya baş naziri ikitərəfli ticarət və iqtisadi əməkdaşlığın 2023-cü ildə çətinlikləri dəf etdiyini ifadə edərək, milli valyutalarla ticarətin artmasını nəzərdə tutan çıxışına davam edib: “,Rusiya ilə Çin arasında qarşılıqlı ticarət həcmi artıb. demək olar ki, 18 trilyon rubla və ya 1,5 trilyon Çin yuanına çatıb”.

Rusiyanın baş naziri Moskva və Pekinin investisiya sahəsində yaxşı nəticələr əldə etdiyini də xatırladıb və ümumilikdə 20 trilyon rubla yaxın 80 birgə layihənin həyata keçirildiyini vurğulayıb.

Qeyd edək ki, Si ilə görüşdən əvvəl Mişustin Çinin Baş naziri Li Qianq ilə görüşüb. Rusiya prezidenti Vladimir Putin və Çin lideri Xi Jinping əvvəllər ikitərəfli ticarət həcmini iki dəfə artırmağı qarşıya məqsəd qoyub və 2018-ci ildəki 100 milyard dollarlıq illik həcmi 2024-cü ilə qədər 200 milyard dollara çatdırmaq barədə razılığa gəliblər. 2022-ci ilin sonuna iki ölkə arasında ticarət həcmi 29,3 faiz artaraq 190,271 milyard dollar olmaqla rekord səviyyəyə çatıb.

//Gülnarə Abasova, Editor.az