Çin Suriyaya zireh və dəbilqə satırbackend

Çin Suriyaya zireh və dəbilqə satır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Co Bayden administrasiyası Çin şirkətlərinin Ukraynadakı müharibədə istifadə etmək üçün Rusiyaya avadanlıq satmasından narahatlığını ifadə edib. ABŞ səlahiyyətlilərində bu cür daşımalarla bağlı sübutlar var. Bayden administrasiyası Pekinin bu sövdələşmələr haqqında nə qədər bildiyini anlamağa çalışır.

Editor.az bildirir ki, bu barədə iki ABŞ rəsmisinə istinadən CNN məlumat yayıb. Məlumatda qeyd olunur ki, Çin şirkətləri Rusiyaya zireh və dəbilqə satırlar. Həmsöhbətlərin fikrincə, bu, Rusiyanın tələb etdiyi daha ciddi hərbi yardımlara uyğun gəlmir.

Bəzi ABŞ rəsmiləri hesab edir ki, Çin hökuməti avadanlıqların ötürülməsindən xəbərdardır və bunun qarşısını almaq üçün addımlar atmalıdır.

  //Samir Qurbanov,Editor.az