“ABŞ tariflərinin həcminin artırılması Amerika iqtisadiyyatını qlobal iqtisadiyyatdan getdikcə daha çox ayıracaq”.
Editor.az xəbər verir ki, Çin Xalq Respublikası Dövlət Şurasının nəzdində fəaliyyət göstərən İnkişaf Araşdırmaları Mərkəzinin elmi işçisi Çjan Liqun RİA Novosti jurnalistlərinə müsahibəsində bu məsələ ilə bağlı açıqlamalar verib.
“Əgər ABŞ tarifləri artırmağa davam edərsə, o, getdikcə Amerika iqtisadiyyatını qlobal iqtisadiyyatdan ayıracaq, bu da iqtisadi qloballaşmanın strukturunda əhəmiyyətli dəyişikliklərə səbəb olacaq. Bu dəyişikliklər ümumilikdə Amerika iqtisadiyyatına mənfi təsir göstərəcək”, – ekspert bildirib.
O, ABŞ-ın tariflərinin Çin iqtisadiyyatına “məhdud təsir” göstərəcəyinə əmin olduğunu bildirib. Hazırda Çinin əhalisi təxminən 1,4 milyarddır və ölkədə iqtisadi artım və məşğulluğun yaxşılaşması müşahidə olunur.
Zhang Liqunun qeyd etdiyi kimi, ölkənin daxili bazarı tələbat baxımından böyük potensiala malikdir: “Çin iqtisadiyyatı çox böyük daxili bazarına əsaslanır və xarici tələbdəki dəyişikliklərin təsiri nisbətən məhduddur” .
Ekspertin fikrincə, qarşılıqlı vergilər daha da artırılarsa, Pekin xaricdən idxal etdiyi kənd təsərrüfatı və digər məhsulların əhəmiyyətli hissəsini əvəz edə biləcək.
//Gülnarə Abasova, Editor.az