Çin Tayvan ətrafında hərbi təlimlərə başladı: Tayvan isə hava limanlarını bağladıbackend

Çin Tayvan ətrafında hərbi təlimlərə başladı: Tayvan isə hava limanlarını bağladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tayvan hakimiyyəti Çin hərbi təlimləri fonunda Matsu arxipelaqında iki mülki hava limanını bağlayıb.

Editor.az Tayvan Mərkəzi Xəbər Agentliyinə istinadən xəbər verir ki, hava limanlarının fəaliyyətinin dayandırılmasına səbəb kimi qatı duman olub.

Qeyd edək ki, Çin Xalq Azadlıq Ordusunun Şərq Döyüş Komandanlığı bu gün Tayvan ətrafında hərbi təlimlərə başlayıb. Tayvanın Müdafiə Nazirliyi təlimi regional sülh və təhlükəsizliyi pozan “təxribat” adlandırıb. Təlimlər Matsu adaları yaxınlığında da keçiriləcək. Arxipelaqdan Çin sahillərinə qədər minimum məsafə 20 km-dir.

Təlim çərçivəsində döyüş gəmiləri və təyyarələri Tayvan ətrafında patrul xidməti həyata keçirəcək. Tayvanın Müdafiə Nazirliyi artıq adaya bir təyyarə və 12 gəminin yaxınlaşdığını bildirib.

//Samir Qurbanov, Editor.az