Çin Tayvan seçkilərində tutduğu mövqeyə görə Rusiyaya təşəkkür edibbackend

Çin Tayvan seçkilərində tutduğu mövqeyə görə Rusiyaya təşəkkür edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çin Xarici İşlər Nazirliyindən verilən açıqlamada Rusiyanın Tayvanda keçirilən seçkilərə münasibətinin təqdir edildiyi bildirilib.

Editor.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ninq keçirdiyi brifinqdə bildirib.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova “xarici gücləri” Tayvandakı seçkilərlə bağlı təxribatlardan çəkinməyə çağırıb. Mao Ning, həmçinin qeyd edib ki, Rusiya, eləcə də bir çox başqa ölkələr və beynəlxalq təşkilatlar öz rəsmi bəyanatları, mətbuatda verdiyi xəbərlər və ya jurnalistlərin suallarına verdiyi cavablarla “Vahid Çin” prinsipinə sadiq olduqlarını açıq şəkildə təsdiqləyiblər və milli suverenliyin və ərazi bütövlüyünün müdafiəsində Çin Xalq Respublikasını dəstəkləyirlər.

O qeyd edib ki, onlar Tayvana müstəqilliyin istənilən formasına qarşıdırlar və “Çinin yenidən birləşməsinin böyük işini” dəstəkləyirlər. Mao Ning açıqlamasında bu ölkələrə Çinin ədalətli mövqeyini anladıqları və dəstəklədikləri üçün təşəkkür etdiyini vurğulayıb.

Mərkəzi Seçki Komissiyasının məlumatına görə, Tayvanda şənbə günü keçirilən prezident seçkilərində iştirak nisbəti 69,8 faiz təşkil edib. Adanın müstəqillik tərəfdarı partiyasının lideri Lai Çinq-te 40,05 faiz səslə seçkilərdə qalib gəlib. Bölgədəki son seçki rəqəmlərinin açıqlanmasından qısa müddət sonra Çin Dövlət Şurasının Tayvan İşləri İdarəsinin sözçüsü Çen Binhua açıqlama verərək Çinin Tayvanın müstəqilliyini hədəf alan hərəkətlərə və xarici qüvvələrin müdaxiləsinə qəti şəkildə qarşı çıxacağını bildirib.

//Gülnarə Abasova, Editor.az