Çin Tayvan üçün başladıbackend

Çin Tayvan üçün başladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çin silahlı qüvvələri aprelin 1-dən Tayvan ətrafında hərbi təlimlərə başlayıb.

Editor.az xəbər verrir ki, bu barədə PLA-nın Şərq Bölgəsi Döyüş Komandanlığının sözçüsü Şi Yi bildirib. Təlimlərə quru və raket qüvvələri, donanma və hava qüvvələri cəlb olunub. “Bu, ciddi xəbərdarlıqdır və Tayvanın müstəqilliyini müdafiə edən separatçı qüvvələr üçün güclü bir maneədir” – o deyib.

Onun sözlərinə görə, təlimlər zamanı hərbçilər hərtərəfli nəzarəti ələ keçirərək, əsas marşrut və əraziləri bağlamağa məşq edirlər.
Martın 30-da “The Washington Post” qəzetinin yazdığına görə, ABŞ-ın müdafiə naziri Pete Heqset Çinin Tayvanı ələ keçirməməsi üçün ABŞ ordusunu yenidən istiqamətləndirib. Nəşrin gördüyü sənədə görə, Çinin Tayvana mümkün işğalı ABŞ tərəfindən ordu üçün prioritet olması lazım olan eksklüziv ssenari kimi qəbul edilir.

Sənəd Tayvan yaxınlığında ABŞ Ordusunun əlavə sualtı qayıqlarının, bombardmançı təyyarələrinin, pilotsuz gəmilərinin və kontingentinin yerləşdirilməsini nəzərdə tutur.

//Samir Qurbanov, Editor.az