Çin Tayvana silah satan 5 ABŞ şirkətinə sanksiya tətbiq edibbackend

Çin Tayvana silah satan 5 ABŞ şirkətinə sanksiya tətbiq edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çin Xarici İşlər Nazirliyindən verilən açıqlamada BAE Systems Land and Armament, Alliant Techsystems, AeroVironment, ViaSat və Data Link Solutions şirkətlərinə Tayvana silah satışı səbəbiylə sanksiya tətbiq ediləcəyi açıqlanıb.

Editor.az xarici KİV-ə istinadən xəbər verir ki, Çin suverenlik mübahisəsi olduğu Tayvana silah satan 5 ABŞ şirkətinə sanksiya tətbiq edib.

Çin Xarici İşlər Nazirliyindən verilən açıqlamada BAE Systems Land and Armament, Alliant Techsystems Operation, AeroVironment, ViaSat və Data Link Solutions şirkətlərinə qarşı sanksiyaların tətbiq edildiyi bildirilib. Bəyanatda sanksiyaların Çində sözügedən şirkətlərin əmlaklarının, o cümlədən daşınar və daşınmaz əmlaklarının dondurulmasının da yer aldığı ifadə edilərək əlavə edilib: “Bundan başqa, sanksiya qərarına Çindəki təşkilat və şəxslərin Çində əməliyyatlar və ya əməkdaşlıq etmələrinin qadağan edilməsi də daxildir. ABŞ-ın Çinin Tayvan bölgəsinə silah satışı Çinin suverenliyinə və təhlükəsizliyinə ciddi ziyan vurur” .

Ötən ay ABŞ Dövlət Departamenti Tayvanın birgə döyüş komandanlığı və nəzarət sistemini gücləndirmək üçün 300 milyon dollarlıq avadanlıq paketini təsdiqləyib.

Qeyd edək ki, Çin hökumətindən müvafiq şirkətlərə qarşı tədbir görüləcəyinə dair açıqlamalar da var idi.

//Səbinə Hüseynli, Editor.az