Çin: Ukrayna böhranının səbəbi Avropada təhlükəsizlik məsələlərində uzun müddət davam edən münaqişələrdirbackend

Çin: Ukrayna böhranının səbəbi Avropada təhlükəsizlik məsələlərində uzun müddət davam edən münaqişələrdir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çinin xarici işlər naziri Vanq Yi rusiyalı həmkarı Sergey Lavrovla görüşündən sonra keçirdiyi mətbuat konfransında Ukrayna böhranını dəyərləndirib.

Editor.az-ın “Sputnik Türkiye”yə istinadən verdiyi məlumata görə, Vanq açıqlamasında bildirib ki, böhrana səbəb Avropada təhlükəsizlik məsələlərində uzun müddətdir davam edən münaqişələrdir. Nazir dialoq və danışıqlar yolu ilə Avropada effektiv və davamlı təhlükəsizlik sisteminin qurulmasının zəruriliyini vurğulayıb.

“Çin-Rusiya münasibətləri dəyişən beynəlxalq konyukturada yeni sınaqlara məruz qalsa düzgün istiqamətdə irəliləməkdə davam edib”, – Vanq deyib.

Moskva və Pekinin əlaqələri daha da inkişaf etdirmək əzmində olduğuna diqqət çəkən nazir müxtəlif sahələrdə əməkdaşlığın artdığını da xatırladıb.

“Çin bu yeni dövrdə ölkə liderlərinin rəhbərliyi altında ikitərəfli münasibətləri yüksək səviyyəyə qaldırmaq üçün Rusiya ilə birlikdə işləməyə hazırdır”, – nazir bildirib.

Digər tərəfdən Vanq Rusiya və Ukraynanı çətinliklərin öhdəsindən gəlmək və sülh danışıqlarını davam etdirməkdə dəstəklədiklərini qeyd edib.

//Gülnarə Abasova, Editor.az