Çin Ukrayna ilə əməkdaşlığa hazırdırbackend

Çin Ukrayna ilə əməkdaşlığa hazırdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ÇXR Ukrayna ilə bütün sahələrdə əməkdaşlığı inkişaf etdirməyə hazırdır.

Editor.az xəbər verir ki, bunu Çin xarici işlər nazirinin müavini Sun Veydonq deyib. O, bu barədə Pekində Ukrayna xarici işlər nazirinin birinci müavini Andrey Sbiqa ilə görüşlərindən sonra bildirib.

“Çin iki dövlət başçılarının əldə etdiyi mühüm konsensusun həyata keçirilməsi üçün Ukrayna ilə işləməyə, qarşılıqlı hörmət və bir-birinə mehriban rəftar kimi yaxşı ənənəni qoruyub saxlamağa və həmişə xalqların əsas və uzunmüddətli maraqlarına diqqət yetirməyə hazırdır. İki ölkə bütün sahələrdə mübadilə və əməkdaşlığı təşviq edir, Çin-Ukrayna münasibətlərini dəstəkləyir və inkişaf etdirir”, – diplomat bildirib.

Ukrayna nazirliyi qeyd edib ki, ÇXR nümayəndəsinin sammitdə iştirakı “Ukraynada sülhün bərqərar olmasına” töhfə vermək üçün yaxşı fürsət ola bilər.

//Gülnarə Abasova, Editor.az