Çin Ukrayna məsələsində Moskvanın maraqlarının nəzərə alınmasını istəyirbackend

Çin Ukrayna məsələsində Moskvanın maraqlarının nəzərə alınmasını istəyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya və Çin Ukrayna ilə bağlı Moskvanın maraqları nəzərə alınmadan keçirilən görüşlərin mənasız olduğunu bildiriblər.

Editor.az xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. O, bu mövzunu Pekində Çinin xarici işlər naziri Van Yi ilə danışıqlardan sonra keçirdiyi mətbuat konfransında qaldırıb.

Lavrov Pekinin Ukraynadakı vəziyyətlə bağlı “obyektiv, balanslaşdırılmış mövqe” tutduğunu, həmçinin siyasi və diplomatik nizamlanmada “müsbət rol oynamağa” hazır olduğunu bildirib. Onun sözlərinə görə, Ukrayna prezidenti Volodimir Zelenskinin “sülh formulu”nu dəstəkləyən Qərb ölkələri “istənilən reallıqlardan tamamilə ayrılıb”: “Biz və çinli dostlarımız təhlükəsizlik sahəsində iştirak edən bütün tərəflərin qanuni narahatlıqlarını nəzərə almağın zəruriliyini açıq şəkildə bildiririk. Çinli həmkarlarım və mən bizim iştirakımız olmadan və bizim maraqlarımızın nəzərə alınmadığı istənilən beynəlxalq tədbirin mənasız olduğu qənaətini təsdiqlədik”, – Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri bildirib.

//Samir Qurbanov, Editor.az