Çinin BMT-dəki daimi nümayəndəsinin müavini Sun Ley BMT Təhlükəsizlik Şurasının iclasında çıxışı zamanı Ukrayna münaqişəsinin bütün tərəflərini gərginliyin azaldılması və siyasi dialoqun davam etdirilməsi istiqamətində addımlar atmağa çağırıb.
Diplomat bildirib ki, münaqişənin həlli yalnız danışıqlar yolu ilə mümkündür. Onun sözlərinə görə, bütün tərəflər təmkin nümayiş etdirməli, vəziyyətin daha da kəskinləşməsinə yol verməməli və sülh danışıqları üçün əlverişli şərait yaratmalıdır.
Sun Ley vurğulayıb ki, Çin atəşkəsə və siyasi həll prosesinə yönəlmiş bütün təşəbbüsləri dəstəkləyir, beynəlxalq ictimaiyyəti isə münaqişənin diplomatik yolla nizamlanmasına töhfə verməyə çağırıb.
//Samir Qurbanov, Editor.az

