Çin, Ukrayna və Aİ-nin iştirakı olmadan keçiriləcək Tramp–Putin görüşünə münasibət bildirib
Çin Xarici İşlər Nazirliyi Ukrayna müharibəsinin həlli üzrə danışıqlarda bütün maraqlı tərəflərin iştirak edəcəyinə ümid etdiyini açıqlayıb. Bu barədə XİN sözçüsü Lin Cian Newsweek nəşrinə bildirib.
Avqustun 12-də keçirilən mətbuat brifinqində jurnalistlər ondan ABŞ prezidenti Donald Tramp və Rusiya lideri Vladimir Putinin Ukrayna və Avropa İttifaqı nümayəndələri dəvət olunmadan sammit keçirmə qərarına münasibətini soruşublar.
“Çin böhranın sülh yolu ilə həllinə yönəlmiş bütün səyləri dəstəkləyir və Rusiya ilə ABŞ-ın təmasları davam etdirməsini, münasibətləri yaxşılaşdırmasını və Ukrayna böhranının siyasi həllini irəlilətməsini məmnuniyyətlə qarşılayır”, — Lin Cian qeyd edib.

