Çin Ukraynada pilotsuz uçuş aparatlarının istehsalına mane olur – KİVbackend

Çin Ukraynada pilotsuz uçuş aparatlarının istehsalına mane olur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çin hökuməti Ukraynanın pilotsuz uçuş aparatları (PUA) istehsalını genişləndirmək cəhdlərinə mane olur. Almaniyanın NTV nəşrinin məlumatına görə, Pekin Ukrayna müdafiə sənayesinin Çin istehsalı olan elektron komponentləri müttəfiq ölkələr – Baltikyanı dövlətlər və Polşa vasitəsilə idxal etməsinin qarşısını alır.

Editor.az xəbər verir ki, məlumata əsasən, Çin hökuməti artıq bu ölkələrə komponentlərin ixracını da qadağan edib, çünki bu hissələrin sonradan Ukraynaya çatdırılacağından xəbərdardır.

“Hazırda Çin hökuməti bu komponentlərin həmin ölkələrə göndərilməsini belə yasaqlayıb, çünki onların nəticədə Ukraynaya gedəcəyini bilir”, – deyə Ukrayna və beynəlxalq müdafiə şirkətlərini birləşdirən Iron şəbəkəsinin həmtəsisçisi Yuri Lomikovski bir neçə mediaya açıqlamasında bildirib.

Ekspertlərin fikrincə, Çinin tətbiq etdiyi məhdudiyyətlər Ukraynanın müdafiə sənayesinə zərbə vuraraq müasir dronların istehsalı üçün vacib elektron detalların əldə edilməsini çətinləşdirir.

//Samir Qurbanov, Editor.az