Çin Ukraynadakı hərbi münaqişənin nəzarətdən çıxmasının qarşısını almağa çağırdıbackend

Çin Ukraynadakı hərbi münaqişənin nəzarətdən çıxmasının qarşısını almağa çağırdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynadakı hərbi münaqişənin nəzarətdən çıxmasının qarşısını almaq lazımdır.

Editor.az bildirir ki, bunu Çinin Moskvadakı səfiri Cjan Xanxuey deyib. Onun sözlərinə görə, münaqişənin həlli üçün münaqişənin bütün tərəfləri “mümkün qədər tez sülhü bərpa etmək üçün birgə səylər göstərməlidir”. Diplomat hesab edir ki, döyüşlər uzanır.

“Ukrayna məsələsində Çin tərəfi həmişə obyektiv və qərəzsiz mövqe tutub. Çin sülh və dialoqun tərəfində olub, barışıq və danışıqları fəal şəkildə təşviq edib”, – səfir bildirib.
Qeyd edək ki, 2023-cü ilin fevralında Çin Xarici İşlər Nazirliyi Ukraynadakı münaqişənin həlli üçün 12 bənddən ibarət plan təqdim edib.

Ukrayna Xarici İşlər Nazirliyi bu planı tənqid edib. Pekin dəfələrlə açıq şəkildə Moskva və Kiyev arasında bərabərhüquqlu danışıqların tərəfdarı olub. “Politico” Çinin Rusiyanın iştirakı olmadan Ukrayna ilə bağlı görüşləri boykot edəcəyini yazıb.

//Samir Qurbanov, Editor.az