Çin Ukraynadakı müharibənin nəzarətdən çıxmasından narahatdırbackend

Çin Ukraynadakı müharibənin nəzarətdən çıxmasından narahatdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çin Ukraynadakı müharibənin nəzarətdən çıxmasından “dərin narahatdır”.

Editor.az bildirir ki, bu barədə bazar ertəsi Pekində “Lanting” təhlükəsizlik konfransının açılışında çıxış edən Çinin xarici işlər naziri Sin Qanq bildirib.

Onun sözləinə görə, “Çin münaqişənin davam edən eskalasiyası və vəziyyətin nəzarətdən çıxması ehtimalından dərin narahatdır. Biz aidiyyatı ölkələri Çini günahlandıraraq, “bu gün Ukrayna, sabah Tayvan” ritorikasını qızışdıraraq, yanğını alovlandırmağı dərhal dayandırmağa çağırırıq”, – çinli diplomat bildirib. Qeyd edək ki, Qanqın bəyanatı bu həftə Çinin baş diplomatı Vanq Yinin Moskvaya səfəri fonunda verilib.

  //Samir Qurbanov, Editor.az