Korrupsiyaya Qarşı Mübarizə üzrə Milli Agentliyin (NACP) ondan çox Çin şirkətini “beynəlxalq müharibənin sponsorları” siyahısına daxil etməsindən sonra Ukrayna ilə ikitərəfli münasibətlərin korlana biləcəyi ilə hədələyib.
Editor.az bildirir ki, bu barədə “Reuters” xəbər verib. Xəbərdarlıq Ukraynaya ötən ay Çinin Kiyevdəki səfiri ilə yüksək səviyyəli Ukrayna rəsmiləri arasında keçirilən görüşdə edilib.
Çin Ukrayna üçün heç bir şərt və ya “vaxt çərçivəsi” qoymayıb, sadəcə olaraq siyahı ilə bağlı öz mövqeyini bildirib. “Səfir bildirib ki, “qara siyahı” vəziyyəti bizim münasibətlərə mənfi təsir göstərə bilər”, – anonim mənbə bildirib. İkinci mənbə, Pekinin təhdidinin Çinin Ukrayna taxılının alışına təsir edə biləcəyini irəli sürüb.
Rusiyanın 24 fevral 2022-ci il tarixli genişmiqyaslı işğalından əvvəl Çin Ukraynanın ən böyük ticarət tərəfdaşı olub və Ukrayna taxılının, günəbaxan yağı və dəmir filizinin mühüm istehlakçısı olmaqda davam edir. Qeyd olunur ki, Ukrayna biznes fəaliyyətləri dolayısı ilə Rusiyanın müharibə səylərinə kömək edən və ya töhfə verən “beynəlxalq müharibənin sponsorları” siyahısına dünya üzrə 48, o cümlədən 14 Çin şirkətini əlavə edib.
//Samir Qurbanov, Editor.az

