Çin Ukraynaya hərbi kontingent göndərmək niyyətində deyilbackend

Çin Ukraynaya hərbi kontingent göndərmək niyyətində deyil

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çin Xalq Respublikası Ukraynaya təhlükəsizlik zəmanətləri çərçivəsində öz hərbi qüvvələrini göndərməyi planlaşdırmır.

Editor.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Lin Ciən brifinq zamanı bildirib, xəbər verir TASS.

Almaniyanın Welt qəzeti əvvəlcə yazmışdı ki, Çin Rusiya-Ukrayna münaqişəsi başa çatdıqdan sonra Ukraynaya sülhməramlı qüvvələr göndərməyə hazırdır, lakin yalnız BMT mandatı əsasında. Lin Ciən jurnalistlərin yaydığı məlumatları həqiqətə uyğun olmadığını vurğulayıb və Pekinin Ukrayna məsələsində mövqeyinin aydın və ardıcıl olduğunu qeyd edib.

21 avqustda Zerkalo Nedeli qəzeti məlumat verib ki, ABŞ vitse-prezidenti Cey Di Vens Avropa liderləri və Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşdə Ukrayna üçün iki təhlükəsizlik zəmanətləri variantı təklif edib, lakin heç biri iştirakçılar tərəfindən qəbul olunmayıb.

//Samir Qurbanov, Editor.az