Çin Ukraynaya əlavə humanitar yardım göstərməyə hazır olduğunu bildirib.
Editor.az“RİA Novosti”ə istinadla xəbər verir ki, bunu Çinin xarici işlər naziri Vanq Yi ukraynalı həmkarı Andrey Sibiqa ilə BMT Baş Assambleyası çərçivəsində keçirdiyi görüşdə bildirib. “Ukraynanın ehtiyaclarına uyğun olaraq yeni yardım göstərməyə hazırdır”, – o vurğulayıb.
Vanq Yinin sözlərinə görə, Pekin Ukraynadakı humanitar vəziyyəti diqqətlə izləyir. Nazir xatırladıb ki, Çin artıq Ukraynaya 4 humanitar yardım göndərib.
//Gülnarə Abasova, Editor.az