Çin və ABŞ məsləhətləşmələr keçirməyə hazırlaşırbackend

Çin və ABŞ məsləhətləşmələr keçirməyə hazırlaşır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çin və ABŞ gələn həftə silahlara nəzarət və nüvə silahlarının yayılmaması ilə bağlı məsləhətləşmələr keçirməyə hazırlaşır.

Editor.az bildirir ki, danışıqların Vaşinqtonda baş tutacağını Çin Xarici İşlər Nazirliyinin sözçüsü Vanq Venbin brifinqdə bildirib. Çin nümayəndə heyətinə Çin Xarici İşlər Nazirliyinin silahlara nəzarət departamentinin başçısı rəhbərlik edəcək. “Reuters”in məlumatına görə, Vanq Venbin bildirib ki, tərəflər geniş spektrli məsələlər, o cümlədən silahlara nəzarət üzrə beynəlxalq müqavilələrin icrası üzrə dialoq aparmaq niyyətindədirlər.

Xatırladaq ki, ötən həftə Çinin xarici işlər naziri Vanq Yi Vaşinqtona işgüzar səfər edib. O, prezident Co Bayden, dövlət katibi Entoni Blinken və prezidentin müşaviri Ceyk Sallivanla görüşüb. Tərəflər Co Bayden və Si Cinpin arasında görüş üzərində işləmək barədə razılığa gəliblər.

//Samir Qurbanov, Editor.az