Çin və ABŞ qarşıdurması: Üçüncü Dünya Müharibəsi başlayır?backend

Çin və ABŞ qarşıdurması: Üçüncü Dünya Müharibəsi başlayır?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Çin və ABŞ qarşıdurması Tayvan üzərindən davam edir. Geosiyasi mübarizənin açıq şəkildə qarşıdurmaya keçə biləcəyi ərazi olan Tayvanın Çinin kommunist rejimindən fərqli olaraq Qərb dəyərlərini müdafiə edən hakimiyyətinin yaratdığı gərginliyin daha böyük münaqişəyə çevrilməsi ehtimalı yoxdur. Vaxtilə Çinə nəzarət edən Çan Kay Şek hakimiyyətinin 1945-ci ildən sonra Tayvana qaçması ilə hakimiyyəti Mao Zedonga verməsindən sonra başlanan iç savaş hələ də davam edir”.

Bu fikirləri Editor.az-a açıqlamasında politoloq Azər Qasımov deyib.

Onun sözlərinə görə, tarixi proseslər Tayvan hakimiyyətinin müttəfiqlərinin də dəstəyi ilə bu günə kimi ayaqda qalması ilə davam edib:

“Tayvan dünyanın ən böyük yarımkeçirici mikroçiplər istehsalçısı durumuna gətirib. Əslində Çinin Tayvanı ələ keçirmək istəyinin də kökündə bu sahəyə nəzarəti ələ almaq istəyi olduğu bildirilir. Çin üçün Tayvan asan hədəfdir. Amma ABŞ və Yaponiyanın dəstəyi bunu imkansız edir. İndi baş verən təlimləri əslində güc göstərişi kimi qəbul etmək lazımdır. Məsələ ondadır ki, Çin özünü supergüc hesab edir. Amma onun sərhədinin yanından bir neçə kilometr məsafədə ona meydan oxuyan kiçik bir rejimin olması Çinin supergüc iddiası ilə üst-üstə düşmür. Çin ən azı bu tip təlimlərlə kimsədən çəkinmədiyini göstərmək istəyir. Amma hesab edirəm ki, bu, təlimdən o tərəfə getməyəcək. Üçüncü dünya müharibəsi anlayışı tez-tez işlədilir. Hətta bunun başladığı da deyilir. Amma hesab edirəm ki, müharibələr son illərdə bir çox yerlərdə olub, yenə də olur. Bunun dünya müharibəsinə açıq şəkildə çevrilməsi ehtimalının real olması üçün ciddi səbəb yoxdur. Regional müharibələr isə həmişə olub, yenə də olacaq”.

//Gülnarə Abasova, Editor.az