Çin və ABŞ qırıcıları üz-üzə: hələlik virtual müstəvidəbackend

Çin və ABŞ qırıcıları üz-üzə: hələlik virtual müstəvidə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Hərbi Dəniz Qüvvələrinin F/A-18F Super Hornet təyyarəsinin AIM-174B ultra uzun mənzilli raketləri də daxil olmaqla, əvvəllər görünməmiş “hava-hava” raketləri arsenalını daşıdığını göstərən bir sıra fotoşəkillər ortaya çıxıb.

Editor.az xəbər verir ki, bu barədə “The War Zone” xəbər verir. Qırıcı həmçinin üç orta mənzilli AIM-120 AMRAAM raketi və bir cüt qısa mənzilli AIM-9X Sidewinder raketi ilə təchiz olunub.

Məsələ burasındadır ki, Çin qırıcıları öz qabaqcıl “hava-hava” raketlərini almaqla Amerika təyyarələrini geridə qoymağa başlayırlar. Daha əvvəl gizli PL-17 uzaqmənzilli raketi daşıyan Çin J-16 qırıcıları görüntülənib. Onun təxminən 300 km məsafədəki hədəfləri vura biləcəyi güman edilir. Xəbər verildiyi kimi, raket “Amerika hərbçiləri arasında çaxnaşmaya səbəb olub”.

//Samir Qurbanov, Editor.az