Çin onun Braziliya ilə “sülh planına” 110-dan çox ölkənin müsbət cavab verdiyini açıqlayıb.
Çin hökumətinin Avrasiya məsələləri üzrə xüsusi nümayəndəsi Li Hui Braziliyaya səfəri zamanı prezidentin müşavirləri və xarici işlər nazirinin müavini ilə “Ukrayna böhranı”nı müzakirə edib. Onun sözlərinə görə, təcili olaraq “vəziyyəti soyumağa məcbur etmək” lazımdır: “Çin və Braziliya Ukrayna böhranının siyasi həllinin təşviqi ilə bağlı “altı bəndlik konsensus”u birgə qəbul ediblər və buna 110-dan çox ölkə müsbət cavab verib. Çin Braziliya ilə əlaqə və koordinasiyanı daha da gücləndirməyə və Ukrayna böhranının yekun siyasi həllin birgə təşviq etməyə hazırdır” – bəyanatda deyilir.
Xatırladaq ki, Çin və Braziliya tərəfləri Ukraynadakı müharibənin altı bənddən ibarət həlli planı barədə razılığa gəliblər. Ölkələr hərbi əməliyyatları dayandırmağı və dialoq və danışıqların yeganə mümkün çıxış yolu olduğunu etiraf etməyi təklif edirlər. Onlar həmçinin humanitar yardımın artırılmasını, mülki şəxslərin müdafiəsini və hərbi əsirlərin mübadiləsini müdafiə edirlər. Plana əsasən, nüvə, bioloji və kimyəvi silahların istifadəsinə qarşı çıxmaq, həmçinin enerji, maliyyə, ticarət və s. sahələrdə beynəlxalq əməkdaşlığa dəstək vermək lazımdır.
//Samir Qurbanov, Editor.az

