Çin və Cənubi Afrika Respublikası (CAR) hesab edir ki, Ukraynadakı münaqişə siyasi yolla həll edilməlidir.
Editor.az TASS-a istinadən xəbər verir ki, bu barədə Çinin sədri Si Tsinpin və Cənubi Afrika Respublikasının prezidenti Siril Ramafosa arasında Pekində keçirilən danışıqların yekunları üzrə iki ölkənin birgə bəyanatına istinadən məlumat verilib.
Sənədə əsasən, hər iki tərəf inklüziv dialoq və sülh danışıqlarının böhranın davamlı həllinin tapılmasının yeganə mümkün siyasi yolu olduğuna razılaşıb. Çin və Cənubi Afrika Rusiya və Ukraynanı hərbi əməliyyatların genişlənməsinin və eskalasiyasının qarşısını almağa, həmçinin “oduna yağ tökməyə” çağırıb.
Bundan əvvəl Avropa Komissiyası (AK) bəyan etmişdi ki, Pekinin Moskvaya yaxınlığı səbəbindən Avropa İttifaqı (Aİ) Çinin Ukrayna üzrə gələcək sülh konfransında iştirakına əsas kimi baxır. AK həmçinin qeyd edib ki, Rusiyanın bu tədbirdə iştirakı zəruri olacaq, lakin bunun nə vaxt baş verəcəyinə qərar verən Aİ deyil.
Qeyd edək ki, avqustun 29-da Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Rusiya Federasiyası Ukrayna ilə danışıqlar masası arxasına oturmağa hər zaman hazırdır, lakin Kursk vilayətindəki “macəra”dan sonra bu məsələ ilə bağlı söhbətlər artıq keçmir.
//Gülnarə Abasova, Editor.az