Çin ve Rusiya arasında GƏRGİNLİK: alim xəstəxanada saxlanıldıbackend

Çin ve Rusiya arasında GƏRGİNLİK: alim xəstəxanada saxlanıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Novosibirsk Dövlət Universitetinin Kvant Optik Texnologiyaları Laboratoriyasının rəhbəri, fizika-riyaziyyat elmləri doktoru Dmitri Kolker 4-cü mərhələdə xərçəng xəstəliyindən müalicə aldığı Novosibirskdəki xəstəxanada Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) tərəfindən saxlanılıb.

Bu barədə alimin oğlu Maksim Kolker məlumat verib.

Bildirilib ki, o, dövlət sirlərini ehtiva edən məlumatları Çinə verməkdə təqsirli bilinir.

Eyni vaxtda keçirilən əməliyyatla rusiyalı alimin yaşadığı mənzilə daxil olan kəşfiyyat xidmətinin əməkdaşları evdə axtarış aparıblar. Alim Kolkerə məxsus şəxsi sənədlər müsadirə edilib.

İstintaqın məxfiliyi səbəbiylə əməliyyat zamanı vəkillərinə məlumat verilmədiyini qeyd edən Maksim Kolker, apardığı araşdırmalar nəticəsində atasının dövlət sirlərini ehtiva edən məlumatları Çinə verməkdə ittiham olunduğunu öyrəndiyini bildirib.

Vurğulanıb ki, prosesləri başa çatdıqdan sonra Kolker Moskvada məhkəmədə mühakimə olunacaq.

Publika.az