Yanvar-oktyabr aylarında Rusiya ilə Çin arasında ticarət dövriyyəsi 27,7 faiz artaraq 196,48 milyard dollara çatıb.
Editor.az xarici KİV-ə istinadən xəbər verir ki, Çindən Rusiyaya ixrac son 10 ayda yüzdə 52,2 artaraq təxminən 90,08 milyard dollara, Rusiyadan mal idxalı isə yüzdə 12,4 artaraq 106,4 milyard dollara çatıb.
Aylıq bazda Rusiya-Çin ticarət həcmi oktyabrda sentyabr ayına görə yüzdə 9 azalaraq 19,79 milyard dollara çatıb. Oktyabrda Rusiyadan aylıq idxal 3,7 faiz azalaraq 11,1 milyard dollar, Çinin ixracı isə 10,2 faiz azalaraq 8,69 milyard dollar olub.
Rusiya Federasiyasından Çinə ixracın böyük hissəsini neft təşkil edir. Digər mühüm ixrac məhsulları mis və mis filizi, taxta, yanacaq və dəniz məhsullarıdır.
Bunun əksinə olaraq, Çin tərəfi Rusiyaya geniş çeşiddə məhsullar, əsasən smartfonlar, sənaye və xüsusi avadanlıqlar, həmçinin oyuncaqlar, ayaqqabılar, nəqliyyat vasitələri, kondisionerlər və kompüterlər ixrac edir.
Çin Rusiyaya mühüm strateji xammal olan germanium da verir.
Qeyd edək ki, iki ölkə arasında ödənişlərin 90 faizindən çoxu milli valyuta ilə həyata keçirilir.
//Səbinə Hüseynli, Editor.az