Çin və Rusiya “əbədi dostlardır”backend

Çin və Rusiya “əbədi dostlardır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çin və Rusiya – “əbədi dostdurlar, heç vaxt düşmən deyillər”. Bu sözləri Çinin xarici işlər naziri Van Yi Moskvaya səfəri zamanı deyib.

“Dostluq əbədidir, onlar heç vaxt düşmən olmurlar” prinsipi… daha yüksək səviyyədə strateji əməkdaşlığın inkişafı üçün möhkəm təməl rolunu oynayır, – Vanq deyib.
“Reuters”in məlumatına görə, Çindən gələn yüksək rütbəli qonağı hətta Putin də qəbul edəcək. Dostluq vədləri ilə yanaşı, Vanq Moskva ilə Vaşinqton arasında münasibətlərin istiləşməsindən məmnun olduğunu bildirib.

“(Bu) böyük güclər arasında güc balansını sabitləşdirmək üçün yaxşıdır və məyusedici beynəlxalq vəziyyətdə nikbinlik verir” o, deyib. Çinli nazir Trampın Rusiyanı Çinə qarşı yönəltməyə çalışması fikrini də rədd edərək, bu cür fikirləri “köhnəlmiş qarşıdurma və blok təfəkkürünə qayıdış” kimi pisləyib.

//Samir Qurbanov, Editor.az