Çin və Rusiyadan Amerikya sarsıdıcı zərbəbackend

Çin və Rusiyadan Amerikya sarsıdıcı zərbə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

BRICS ölkələrində dollardan tədricən imtina, həmçinin Asiya və Latın Amerikasında de-dollarizasiya planları Rusiya və Çindən ABŞ-a sarsıdıcı zərbə oldu.

Editor.az bildirir ki, bunu “Redacted News”un aparıcısı Clayton Morris deyib. “Putin və Çin Qərbə daha bir sarsıdıcı zərbə vurdu. Getdikcə daha çox ölkə – Laos, Pakistan, Argentina, Braziliya ABŞ dollarından imtina etmək qərarına gəlir. Hər kəs əməliyyatlar apararkən dollardan uzaqlaşır”, – deyə jurnalist bildirib.

Onun sözlərinə görə, ABŞ-ın xarici borclarla bağlı problemləri, eləcə də ticarət kəsiri fonunda dolların cəlbediciliyi aşağı düşüb. Eyni zamanda, o vurğulayıb ki, ABŞ hərbi-sənaye kompleksinə investisiya yatırmaq üçün Çindən borc pul almağa davam edir. Bu arada Braziliya BRİKS üzvlərinə ABŞ-ın sanksiyaları səbəbindən dollardan imtina etməyi və vahid valyuta yaratmağı təklif edib.

  //Samir Qurbanov,Editor.az