Çin vətəndaşlarına ölkəni tərk etmək çağırışı edilibbackend

Çin vətəndaşlarına ölkəni tərk etmək çağırışı edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çin Xalq Respublikası Xarici İşlər Nazirliyi Çin vətəndaşlarını İranı tərk etməyə və bu ölkəyə səfərlərdən çəkinməyə çağırıb.

Editor.az xəbər verir ki, bu barədə Global Times nəşrinə istinadən məlumat yayılıb.

“İranda mövcud təhlükəsizlik vəziyyətini nəzərə alaraq, Çin Xarici İşlər Nazirliyi, eləcə də Çinin İrandakı səfirliyi və konsulluqları vətəndaşlarını İrana səfər etməkdən çəkinməyə çağırır”, – deyə rəsmi xəbərdarlıqda bildirilir.

Bununla yanaşı, hazırda İranda olan Çin vətəndaşlarına təhlükəsizlik tədbirlərini gücləndirmək tövsiyə olunub.

Fevralın 26-da Cenevrə şəhərində İranın nüvə proqramı ilə bağlı İran–ABŞ danışıqlarının üçüncü mərhələsi keçirilib. ABŞ administrasiyası bu görüşü Amerika prezidentinin qərar verməsindən əvvəl diplomatiya üçün son imkan kimi qiymətləndirib.

//Gülnarə Abasova, Editor.az