Çin Xalq Respublikasının xüsusi elçisi Ukrayna ilə Rusiyanı barışdırmağa gedirbackend

Çin Xalq Respublikasının xüsusi elçisi Ukrayna ilə Rusiyanı barışdırmağa gedir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bazar ertəsi Çinin xüsusi elçisi Li Hui Ukraynaya, həmçinin Pekinin rusların açdığı müharibənin diplomatik yolla həllinə vasitəçilik etmək planlarının bir hissəsi olaraq Rusiya və digər Avropa ölkələrinə səfər edəcək.

Editor.az bildirir ki, bu barədə “Bloomberg” Çin Xarici İşlər Nazirliyinin sözçüsü Vanq Venbə istinadən məlumat yayıb. Məlumatda qeyd olunur ki, Kiyev və Moskva ilə yanaşı, Avrasiya məsələləri üzrə xüsusi elçi Varşava, Paris və Berlinə də səfər edəcək.

“Çin nümayəndələrinin müvafiq ölkələrə səfəri Çinin dialoqun təşviqinə sadiqliyinin növbəti təzahürüdür və Çinin qətiyyətlə sülh tərəfdarı olduğunu tam nümayiş etdirir”, – Venbin bildirib.

  //Samir Qurbanov,Editor.az