Çin xaricdəki pandaların yaşayış şəraitinə nəzarət edəcəyini bildiribbackend

Çin xaricdəki pandaların yaşayış şəraitinə nəzarət edəcəyini bildirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çin hakimiyyəti xarici zooparklarda nəhəng pandaların yaşayış şəraitinə nəzarət etməyi planlaşdırır.

Editor.az  TASS-a istinadla xəbər verir ki, bunu Çin Xalq Respublikasının Meşə və Çöl Dövlət Administrasiyasının nümayəndəsi Çjan Yue bildirib . “Çin Xalq Respublikasının Dövlət Meşə və Çöl Təsərrüfatı İdarəsi xaricdəki bütün nəhəng pandaların yaşayış şəraiti haqqında tam məlumat əldə etmək üçün 19 ölkədə 23 xarici təşkilatda yerində yoxlama və qiymətləndirmə aparmaq üçün strukturlar yaradıb”,-deyə bildirilib.

Yuenin sözlərinə görə, hazırda müəssisələrdə şərait tələblərə cavab verir: “Qapalı otaqlar lazımi qaydada təchiz olunub, heyvanların yetişdirilməsi və xəstə şəxslərin saxlanması müəyyən edilmiş qaydalara uyğundur, xəstəliklərin qarşısının alınması üçün tədbirlər görülür”. Qurum rəsmisi onu da qeyd edib ki, pandaların səhhəti ümumilikdə yaxşıdır. Gələcəkdə Çin hakimiyyəti pandaların monitorinqi sahəsində əməkdaşlığı gücləndirmək istəyir. Yaxın vaxtlara qədər Rusiyada Çindən olan iki nəhəng panda – Moskva zooparkında Dindinq və Ruyi yaşayırdı. İndi üç bambuk ayısı var: 2023-cü ilin avqustunda Ruyi və Dindinq bir qız övladı dünyaya gəldi. O, Rusiyada doğulan ilk panda balası oldu. Körpəyə Katyuşa adı verilib

//Gülnarə Abasova, Editor.az